Tbilisidə metro işçiləri aksiyaları dayandırdı
AzVision.az xəbər verir ki, bu barədə aksiyaların təşkilatçısı, “Ertoba 2013” metrosu maşinistlərinin həmkarlar ittifaqının sədri Rati Kapanadze məlumat verib
Qeyd edək ki, Tbilisi metropolitenində təqribən 240 maşinist işləyir və onların hamısı maaşlarının saatda 7 laridən 10 lariyə qaldırlmasını tələb ediblər. Metro işçilərinin tətil keçirməsinə qəzəblənən Tbilisi şəhər meri Kaxa Kaladze bildirmişdi ki, onlar kifayət qədər yüksək maaş alırlar. Lakin sonradan Kaladze söz verib ki, 2019-cu ildən maaşları artırılacaq. Lakin bu, əmək haqqlarının indidən artırılmasını istəyən etirazçıları qane etməyib. Bu səbəbdən maşinistlər tətil elan edərək, metronun fəaliyyətini dayandırıblar.
Nəticədə şəhərdə sərnişinlərin çoxluğundan yerüstü nəqliyyat böhranı yaşanıb və xəttə əlavə avtobuslar çıxarılıb. Hətta avtobuslar sərnişinlərə pulsuz xidmət göstərməyə başlayıblar. Lakin bu da böhranı aradan qaldırmayıb.
Məlumat üçün bildirək ki, Tbilisi metrosu gündəlik 200 min sərnişinə xidmət edir.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Tbilisi Gürcüstan Aksiya