İordaniyanın baş naziri istefa verdi

İordaniyanın baş naziri istefa verdi
  04 İyun 2018    Oxunub:1157
İordaniyanın baş naziri Hani əl-Mülki ölkədə qalmaqallı vergi qanununa qarşı keçirilən etiraz aksiyaları nəticəsində istefa verib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ötən həftə İordaniya parlamenti ölkəyə 100 milyon dinar (təqribən 141 milyon dollar) qazanc gətirəcəyini əsas tutaraq, yeni vergi qanunu layihəsini təsdiqləmişdi.

Lakin Beynəlxalq Valyuta Fondunun tapşırığı ilə hazırlanan və vergi tariflərinin artırılmasını nəzərdə tutan yeni qanun layihəsi İordaniya əhalisinin əksər hissəsi tərəfindən kəskin reaksiya ilə qarşılanıb və onlar hökumətin istefasını tələb ediblər. Hətta İordaniya kralı Abdulla da etiraz aksiyalarına səbəb olan qanun layihəsin məsələsində hökuməti və parlamenti uzlaşmağa səsləmişdi.

Nəticədə kütləvi etirazlar qarşısında baş nazir Hani əl-Mülki bu gün kral Abdulla ilə görüşündən sonra vəzifəsini tərk edib. O, hökumətindəki nazirləri də istefa verməyə çağırıb.

Məlumata görə, Kral Abdulla Mülkinin istefasından sonra onun hökumətində təhsil naziri olan Ömər ər-Rəzzaza baş nazir postuna keçərək müvəqqəti hökumət qurmağı tapşırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İordaniya   Aksiya  





Xəbər lenti