Suriyada hərbi baza yaxınlığında partlayış
Partlayış Ayn-İsadan Qərb koalisiyasının hərbi bazasına gedən yolda hərbi maşında bombanın partlaması nəticəsində baş verib. Nəticədə milliyyəti bəlli olmayan 1 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Qeyd edək ki, mayın 1-dən etibarən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya və İraq sərhədində İŞİD-ə qarşı "Sürək ovu" (Roundup) adlı hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb. Birinci mərhələ Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baquza-Fokani yaşayış məntəqəsinin terrorçulardan azad edilməsi ilə başa çatmışdı.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Suriya ABŞ koalisiya Rakka