Yəmən husilərə qarşı ABŞ-dan kömək istəyir

Yəmən husilərə qarşı ABŞ-dan kömək istəyir
  04 İyun 2018    Oxunub:1213
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı Yəmənin Qırmızı dəniz sahilindəki Hudeyda liman şəhərini husilərin “Ənsər Allah” qruplaşmasından azad etməkdə birbaşa hərbi kömək göstərilməsi üçün ABŞ-a rəsmi yazılı müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" diplomatik mənbələrə istinadən məlumat yayıb. Əbu-Dabi və Ər-Riyad bu müraciəti onunla əsaslandırıblar ki, Yəmənin 29 milyon əhalisinin həyatı Hudeyda liman şəhərindən gələn təchizatdan birbaşa asılıdır. Və ABŞ-ın bilavasitə dəstəyi olmadan onlar Hudeydanın azad olunması üzrə hərbi əməliyyat keçirə bilməzlər.

Bildirilir ki, ABŞ prezidenti administrasiyasında bu barədə hələ yekun qərar qəbul olunmayıb. Çünki ehtiyat edirlər ki, şəhər ətrafındakı döyüşlər nəzarətdən çıxa bilər.

Qeyd edəkki, bir neçə gün əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Hudeydada husilərə hava zərbələri endiriblər. Nəticədə 70 husi öldürülüb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yəmən   ABŞ   husilər  





Xəbər lenti