Göyçay çayı üzərində yeni körpü salınır

Göyçay çayı üzərində yeni körpü salınır
  04 İyun 2018    Oxunub:3930
Göyçayda selin yararsız hala saldığı avtomobil körpüsündən 200 metr aralıda müvəqqəti yolun salınmasına başlanılıb.
Bu barədə AzVision.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib. Qurum rəsmisi deyib ki, bir həftə ərzində işlərin yekunlaşdırılması planlaşdırılır:

"Çaya qədər olan yolun düzləşdirilməsi və çayda su axınının mərkəzə doğru yönləndirilməsi tədbirləri görülür. Çayın kənarından başlayaraq, su boruları düzüləcək və üzərindən müvəqqəti yol salınacaq. Su axını güclü olduğu üçün işlər bir qədər ləngiyir".

A.Nəcəfli qeyd edib ki, müvəqqəti yolun çəkilməsi ilə bərabər mövcud körpünün bərpası işlərinə də başlanılacaq: "Körpünün dayaqları və özü normal vəziyyətdədir. Orada sel yalnız su tənzimləyici qurğunu dağıdıb. Həmin yerdə bərpa işləri üçün texnikalar cəlb olunacaq".



Şöbə rəisi vurğulayıb ki, sel nəticəsində dağılan piyada körpüsü bərpa edilərək əhalinin istifadəsinə verilib: "Göyçay rayon İcra Hakimiyyəti əhalinin daşınması üçün körpünün hər iki tərəfinə xüsusi avtobuslar təhkim edib. Hazırda piyadaların hərəkəti bərpa edilib".

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Göyçy   Körpü  





Xəbər lenti