Suriyada əməliyyatların ikinci mərhələsi başlayıb

Suriyada əməliyyatların ikinci mərhələsi başlayıb
  04 İyun 2018    Oxunub:1416
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya və İraq sərhədində İŞİD-ə qarşı "Sürək ovu" (Roundup) adlı hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə koalisiya məlumat yayıb.

Bildirilib ki, "Suriya demokratik qüvvələri" ölkənin şimal-şərqini İŞİD yaraqlılarından təmizləmək üçün "Sürək ovu" adlı əməliyyatların ikinci mərhələsini keçirir. Məlumatda qeyd edilib ki, İŞİD üzvlərinin Suriyadan İraq ərazisinə keşməsinin qarşısını almaq üçün İraq ordusunun sərhəddəki kontingenti gücləndirilib.

Xatırladaq ki, əməliyyat mayın 1-də başlayıb. Birinci mərhələ Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baquza-Fokani yaşayış məntəqəsinin azad edilməsi ilə başa çatıb.

AzVision.az


Teqlər: ABŞ   Suriya   Əməliyyat  





Xəbər lenti