ABŞ Almaniyada müdafiə sistemləri yerləşdirir – İrana qarşı

ABŞ Almaniyada müdafiə sistemləri yerləşdirir – İrana qarşı
  02 İyun 2018    Oxunub:1478
ABŞ-da THAAD raketdən müdafiə sistemlərinin Almaniyada yerləşdirilməsinə dair müzakirələr aparılır.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, Amerika müdafiə kompleksinin Almaniyada yerləşdirilməsinin əsas səbəbi İran tərəfindən gələcək mümkün təhdidlərə qarşı Avropa dövlətlərinin təhlükəsizliyinin gücləndirilməsidir.

Qeyd olunub ki, Vaşinton və Berlin Rusiyanın Qərblə gərgin münasibətləri fonunda bu məsələni müzakirə edirlər. THAAD raketdən müdafiə sistemlərinin Almaniyanın cənub-qərbindəki ABŞ hərbi bazasında yerləşdirilməsi planlaşdırılır. Lakin iki ölkə arasındakı razılaşmlarda deyilir ki, Almaniyadakı ABŞ hərbi bazalarında Vaşinqtonun raketdən müdafiə kompleksləri yerləşdirməsi üçün Berlinin icazə verməsi elə də vacib deyil.

Xatırladaq ki, yanvarın sonunda ABŞ THAAD raketdən müdafiə sistemlərinin bütün hissələrini Cənubi Koreyada yerləşdirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Almaniya   THAAD   Rusiya   İran  



Xəbər lenti