Tbilisidə kütləvi etirazlar davam edir
AzVision.az TASS-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırıblar.
Qeyd edək ki, etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu deyirlər. Etirazlara baxmayaraq, baş nazir Georgi Kvirikaşvili istefa verməyəcəyini bəyan edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


