Kilsə gürcü etirazçıları sülhə çağırdı

Kilsə gürcü etirazçıları sülhə çağırdı
  01 İyun 2018    Oxunub:1693
Gürcüstan Patriarxlığı Tbilisidə ölkə parlamenti qarşısında yenidən aksiya keçirənləri sülhə dəvət edib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan pravoslav kilsəsinin rəsmi saytında bəyanat yerləşdirilib.

"Kilsə insanları birləşdirir və təbii olaraq, biz hamını sülhə çağırırıq. Biz idarəolunmayan proseslərin inkişafını dəstəkləyə bilmərik. Özü də cavab addımlarının atıldığı bir şəraitdə. Lakin ölkə rəhbərliyi mövcud reallığı nəzərə almalıdır ki, xalq sosial problemlərin həlli məsələsində, həmçinin haqq-ədalətin bərqərar olmasında daha böyük dəstək tələb edir və bu, təkcə Saralidzenin işinə aid deyil" – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Tbilisidə 2 məktəblinin bıçaqlanaraq öldürülməsi məsələsinə görə etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları məhkəmə-hüquq sisteminin yenidən qurulması, baş nazir Georgi Kvirikaşvilinin, korrupsiner prokuror və hakimlərin, məmurların istefasını tələb edirlər. Onlar, həmçinin, Gürcüstanın başqa şəhər və əyalətlərini də aksiya keçirməyə çağırıblar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan   aksiya  



Xəbər lenti