Metsamor AES təmirə bağlanır

Metsamor AES təmirə bağlanır
  01 İyun 2018    Oxunub:1329
Bu gündən Metsamor AES-in reaktoru və 3 saylı turboaqreqatı təmirə dayandırılır.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bubarədə AES-in baş direktoru Movses Vardanyan bildirib.

O, qeyd edib ki, avqustun 1-də 4 nömrəli, qismən modernləşdirilmiş turbo aqreqata malik enerji blokunun işə salınması nəzərdə tutulur. 3 nömrəli turbo aqreqatın istismara verilməsi bu ilin dekabrına qədər planlaşdırılır. Aparılan işlər nətcəsində enerji blokunun çıxış gücünün artması gözlənilir.

Qeyd edək ki, Metsamor AES-in reaktorlarının istismar müddəti çoxdan bitib. Buna baxmayaraq, Ermənistan hökumətinin proqramına AES-in istifadəsini 2026-ci ilə qədər davam etdirmək və yeni enerji bloklarının tikilməsini həyata keçirmək daxildir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Metsamor   AES  





Xəbər lenti