Lavrov Kim Çen Inla görüşdü

Lavrov Kim Çen Inla görüşdü
  31 May 2018    Oxunub:1233
Pxenyanda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen Inla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.Görüşün detalları hələlik açıqlanmayıb. Lavrovun Şimali Koreya lideri ilə görüşəcəyinə dair əvvəlcədən məlumat verilməmişdi.

Bundan əvvəl isə Sergey Lavrov Şimali Koreyalı həmkarı Li Yon Ho ilə görüşərək ikitərəfli münasibətlər, Koreya yarımadası ətrafındakı vəziyyət və digər beynəlxalq məsələləri müzakirə ediblər. Həmin görüşün yekununa dair bəyanat verən Lavrov bildirib ki, Pxenyana münasibətdə sanksiyalar aradan qaldırılmasa, Şimali Koreyanın nüvə problemini danışıqlar masası arxasında bir dəfə oturmaqla tam həll etmək mümkün olmayacaq.

Rusiyalı nazir onu da xüsusilə vurğulayıb ki, Moskva Şimali Koreya ilə ABŞ arasındakı dialoqa müdaxilə etmək haqqına sahib deyil.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   Rusiya   nüvə   ABŞ  





Xəbər lenti