Lavrov sanksiyaların ləğvini tələb etdi

Lavrov sanksiyaların ləğvini tələb etdi
  31 May 2018    Oxunub:1157
Koreya yarımadasının tam nüvəsizləşdirilməsini danışıqlar masası arxasında bir dəfə oturmaqla təmin etmək mümkün deyil.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Pxenyanda Şimali Koreyalı həmkarı ilə keçirdiyi görüşün yekununa dair jurnalistlərə verdiyi açıqlamada deyib.

Lavrov, həmçinin bildirib ki, Pxenyana münasibətdə sanksiyalar aradan qaldırılmasa, Şimali Koreyanın nüvə problemi tam həll olunmayacaq.

“Sanksiyalar məsələsinə gəldikdə isə, Koreya yarımadasında nüvə probleminin həllinə dair bütün danışıqlarda biz o mövqedən çıxış edirik ki, sanksiyalar ləğv olunmayanadək məsələ tam həll edilməyəcək. Buna doğru necə irəliləmək isə danışıqları aparanların məharətindən asılıdır. Lakin bir oturuşda bu problemi həll etmək olmaz”, – deyə Lavrov vurğulayıb.

Pxenyanda səfərində Lavrov əlavə edib ki, Rusiya Şimali Koreya ilə ABŞ arasındakı dialoqa müdaxilə etmək haqqına sahib deyil.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Koreya   sanksiya   ABŞ   nüvə  





Xəbər lenti