Çexiya Qüdsdə fəxri konsulluq açıb

Çexiya Qüdsdə fəxri konsulluq açıb
  30 May 2018    Oxunub:1314
Qüdsdə Çexiyanın fəxri konsulluğunun açılış mərasimi keçirilib.
AzVision.az“RİA Novosti”yə istinadən xəbər verir ki, fəxri konsul vəzifəsinə çex əsilli israilli sahibkar Dan Propper təyin edilib.

O, jurnalistlərə açıqlamasında İsraillə Çexiya arasında iqtisadi və siyasi əlaqələri inkişaf etmək üçün çalışacağını bəyan edib.

Qeyd edilib ki, Qüdsdə fəxri konsulluğun açılması daha çox iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

AzVision.az


Teqlər: Çexiya   Qüds  





Xəbər lenti