İsrail Əsədlə razılığa gəldi: Sərhəddə ordu yerləşdirilir

İsrail Əsədlə razılığa gəldi: Sərhəddə ordu yerləşdirilir
  29 May 2018    Oxunub:1359
İsrail şimal sərhədlərində Suriya ordusunun qoşun yerləşdirməsinə razılıq verib.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin İkinci telekanalına adının çəkilməsini istəməyən yüksək vəzifəli dövlət rəsmisi məlumat verib.

Bildirib ki, Suriya ilə İsrail arasında danışıqlar aparılıb və razılığa gəlinib ki, iki ölkənin sərhəddində Bəşər Əsədin hökumət qüvvələri yerləşdirilsin. Qeyd olunub ki, danışıqlar Moskvanın iştirakı və vasitəçiliyi ilə keçirilib.

İsrail rəsmisinin sözlərinə görə, Suriya ordusunun sərhəddə yerləşdirilməsi müqabilində Rusiya İsrailə vəd verib ki, həmin ərazidə İran və “Hizbullah”a bağlı silahlılar olmayacaq.

Lakin yayılan bu məlumatı Moskvada təsdiq etməyiblər. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bu gün verdiyi açıqlamada bildirib ki, İsraillə Rusiya arasında belə bir razılaşmanın olmasından xəbərsizdir.

Qeyd edək ki, 8 may tarixindən etibarən İsrail ölkənin şimal sərhədlərindəki qoşunlarını döyüşə tam hazır vəziyyətdə saxlayır. Ötən gün isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Suriyanın cənub sərhəddindən qeyri-hökumət qüvvələri çıxarılmalı və ora yalnız Bəşər Əsədin ordusu yerləşdirilməlidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   İsrail  





Xəbər lenti