“Rusiyasız mümkün deyil” - Almaniyadan etiraf

“Rusiyasız mümkün deyil” - Almaniyadan etiraf
  29 May 2018    Oxunub:1107
Rusiyanın iştirakı olmadan bəzi beynəlxalq məsələləri həll etmək mümükün deyil. Ona görə də, Avropa Moskva ilə əməkdaşlığı intensivləşdirməlidir.
AzVision.az xəbər verir ki, bunu Almaniya bundestaqının virte-prezidenti, Sosial-demokratlar partiyasının üzvü Tomas Opperman "Frankfurter Allgemeine" qəzetinə müsahibədə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri Ukrayna üzrə Minsk razılaşmalarının icrası, İranla nüvə sazişinin qorunub saxlanması və Suriyada müharibədən sonrakı quruculuq məsələlərinə dair Rusiya ilə birlikdə işləməlidir.

Həmçinin, tərəflər tərksilah üzrə təşəbbüs də hazırlamalıdırlar. Opperman əlavə edib ki, Rusiya ilə əlaqələri inkişaf etdirmək istiqamətində Vladivostokdan Lissabona qədər vahid iqtisadi məkanın yaradılması Avropa üçün impuls ola bilər.

Qeyd edək ki, bundan əvvəl Almaniya xarici işlər naziri Hayko Maas Berlindəki “Global Solutions Summit”dəki çıxışında bəyan etmişdi ki, Rusiya ilə dialoq aparılmasa Ukraynadakı münaqişə, o cümlədən bir sıra digər böhranlarda irəliləyiş olmayacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Avropaİttifaqı   Ukrayna  





Xəbər lenti