İrəvanda tələbələr etiraz aksiyası keçirir - VİDEO

İrəvanda tələbələr etiraz aksiyası keçirir - VİDEO
  29 May 2018    Oxunub:1543
İrəvan Dövlət Universitetində tələbələrin “İDU-nu yenidən başlat” qrupunun təşəbbüsü ilə etiraz aksiyası keçirilir

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar rektor Aram Simonyanın istefasını tələb edərək, bütün tələbələri, müəllimləri və universitetin əməkdaşlarını tətil elan etməyə çağırıblar.
Aksiyada iştirak edən tələbələr həmçinin, İrəvan Dövlət Universitetində maliyyə auditinin keçirilməsini, Himayədarlar Şurasının buraxılmasını, Həmkarlar İttifaqı və Tələbə Şurasının fəaliyyətlərinin dayandırılmasını tələb ediblər.



Etirazçılar şikayət və tələblərinin yer aldığı yazılı bəyanat veriblər. Onların ən çox şikayət etdiyi məsələlər isə Ermənistanda təhsilin aşağı səviyyəsi, təhsil üçün normal şəraitin olmaması, vəsaitlərin qeyri-effektiv istifadəsi, siyasi baxışlarına görə tələbə və müəllimlərin təqib edilməsi, universitet və digər strukturların siyasiləşdirilməsi və digərləridir.

Qeyd edək ki, tələbələrin etirazlarına baxmayaraq, universitetin rektoru Aram Simonyan istefa vermək fikrinin olmadığını deyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   aksiya  





Xəbər lenti