Ukraynanın tezliklə Aİ-yə qoşulması gözlənilmir
Jurnalistlərin “Ukraynanın Avropa İttifaqına daxil olmaq perspektivləri varmı?” sualına cavabında Han bildirib ki, gələcəyə daha praqmatik baxmaq lazımdır. Eyni zamanda, Ukrayna iqtisadiyyatının Avropa və dünya bazarında rəqabətqabiliyyətli səviyyəyə çatması vacibdir.
Avropa komissarının sözlərinə görə, bu addım Ukrayna vətəndaşlarının həyat şəraitinin yaxşılaşması üçün güclü təkan olacaq. Lakin Avropa İttifaqına qoşulmaq perspektivlərinə baxılması üçün Kiyevlə Brüsselin ikitərəfli əlaqələri möhkəmləndirməsi də vacibdir.
Xatırladaq ki, bu ilin yanvarında keçirilən Davos ümumdünya iqtisadi forumunda Ukrayna prezidenti Pyotr Poroşenko əminliklə bəyan etmişdi ki, 3 ildən sonra ölkəsi Avropa İttifaqına daxil olmaq şansı əldə edəcək.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ukrayna Avropaİttifaqı