AŞPA həmməruzəçiləri İrəvana gedir

  23 May 2018    Oxunub : 750
AŞPA həmməruzəçiləri İrəvana gedir
Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Alan Meale və Cuzeppe Galati İrəvana səfər edəcək.
AzVision.az xəbər verir ki, səfər 23 may tarixində baş tutacaq. İki günlük səfər çərçivəsində həmməruzəçilər Ermənistanda son siyasi hadisələrlə bağlı məsələləri və yeni hökumətin islahatlarını müzakirə edəcəklər.

Həmməruzəçilər, həmçinin parlament fraksiyalarının nümayəndələri, prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, parlamentin spikeri və Ermənistanın müdafiə, ədliyyə və xarici işlər nazirləri də görüşəcəklər.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: AŞPA   Ermənistan