ABŞ hamını “Liviya ssenarisi” ilə hədələyir

ABŞ hamını “Liviya ssenarisi” ilə hədələyir
  23 May 2018    Oxunub:1243
ABŞ-ın Şimali Koreyaya qarşı "Liviya ssenarisi"nin mümkün ola biləcəyini deməsi, əslində bütün region üçün təhdiddir.

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ bununla təkcə Pxenyanı deyil, bütün regionu təhdid edir. "ABŞ Şimali Koreyanı "Liviya ssenarisi" ilə təhdid edəndə, bununla yalnız Pxenyanı hədələmir. Onlar hamını, bütün regionu təhdid edirlər. Özü də məhz "Liviya ssenarisi"ni öz boyunlarından ataraq bunu edirlər. İndiki halda Pxenyanı "Liviya ssenarisi" ilə hədələməklə, ABŞ güc ssenarisinin icrası zamanı bu regionda şahidi olacağımız mənzərəni nəzərdə tutur. Onlar niyə belə edirlər, bunun nəticələri barədə düşünürlərmi? Bax, bu, yaxşı sualdır" - deyə Zaxarova vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp 12 iyunda Sinqapurda keçiriləcək danışıqlarda Şimali Koreya lideri Kim Çen Inla razılığa gələ bilməsələr, Pxenyana qarşı "Liviya ssenarisi"nin istisna olunmadığını bəyan edib.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Koreya   ABŞ   Rusiya  





Xəbər lenti