"ABŞ hərbi-siyasi təzyiqləri gücləndirib" - Patruşev

 "ABŞ hərbi-siyasi təzyiqləri gücləndirib" - Patruşev
  22 May 2018    Oxunub:2035
ABŞ və müttəfiqləri dünyanın yeni güc mərkəzlərinə qarşı hərbi-siyasi, iqtisadi və informasiya təzyiqlərini gücləndirir.
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya TəhlükəsizlikŞurasının katibi Nikolay Patruşev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin görüşündə deyib.

Bildirib ki, Vaşinqton yeni güc mərkəzlərinə qarşı təxribat kampaniyaları, qarşıdurma və sanksiyalar siyasətindən istifadə edir.

“ABŞ-ın bu cür xarici siyasi kursu beynəlxalq münasibətlərdə münaqişələrin baş vermə potensialının artmasilə nəticələnib. Lakin indi dünyada qüvvələr balansı dəyişir və yeni çoxqütblü dünya nizamı formalaşır, müstəqil xarici siyasət həyata keçirən ölkələrin sayı artır.” – deyə Patruşev vurğulayıb.

O, həmçinin əlavə edib ki, iqtisadi inteqrasiya dərinləşməsə, çoxqütblü dünya qurmaq mümkün deyil.

Qeyd edək ki, daha öncə Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ və müttəfiqlərinin başlıca məqsədinin Suriyada hərbi və iqtisadi mövcudluqlarını möhkəmləndirmək olduğunu bildirimişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Patruşev  





Xəbər lenti