Türkiyədə 200 nəfər iftar yeməyindən zəhərləndi

Türkiyədə 200 nəfər iftar yeməyindən zəhərləndi
  21 May 2018    Oxunub:1670
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Konya şəhər bələdiyyəsi ilə birgə verdiyi iftar mərasimindən sonra 200 nəfər zəhərlənib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iftarda 2 yemək firması tərəfindən sup, ətli pilov, halva verilib.
Yeməkdən sonra evlərinə dönən məhəllə sakinləri qarın ağrısı, qusma və baş fırlanma şikayətləri ilə xəstəxanalara müraciət edib.

2 gündə təxminən 200 nəfər xəstəxanalara müraciət edib. Bu rəqəmin özəl xəstəxanalarda olan şəxslərlə birlikdə artacağı qeyd edilir.

Hadisədən sonra Qida, Əkinçilik və Heyvandarlıq rayon şöbəsi tərəfindən nümunələr götürülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər: İftar   Türkiyə   AKP  





Xəbər lenti