Ermənistanda kütləvi zəhərlənmə

  17 May 2018    Oxunub : 746
Ermənistanda kütləvi zəhərlənmə
Ermənistanın Armavir vilayətində üzümçülüklə məşğul olan müəssisənin 90-a yaxın əməkdaşı zəhərlənib.
“Sputnik-Armeniya”-nin yaydığı məlumata görə, zəhərlənən 20 nəfər tibbi yardımın göstərilməsindən sonra evə buraxılıb, 30 nəfər Metsamor tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənmənin səbəbi araşdırılır.

AzVision.az

Teqlər: