Netanyahu fələstinliləri hədələdi

Netanyahu fələstinliləri hədələdi
  17 May 2018    Oxunub:1285
İsrailin baş naziri Benyamin Netanyahu Fələstin xalqına çağırış edərək, onlara fantaziyalarından əl çəkməyi məsləhət görüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu bu barədə fələstinlilərin Qəzza zonasındakı etirazlarını “Vice”a şərh edərkən bildirib.

“Fələstinlilər İsrailin məhv edilməsinə dair fantaziyalarından artıq əl çəkməlidirlər. İsrailin yox olacağı ilə bağlı fantaziyalara son qoymalıdırlar. Çünki bu baş verməyəcək.”

Xatırladaq ki, mayın 14-də ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 61 fələstinli ölüb, 3 minə yaxını yaralanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qəzza   ABŞ   Qüds   İsrail  





Xəbər lenti