Ərdoğan Kral Salmanla Fələstini müzakirə edib

Ərdoğan Kral Salmanla Fələstini müzakirə edib
  16 May 2018    Oxunub:982
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud arasında telefon danışığı olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığında Fələstində baş verən son hadisələr müzakirə olunub.

Bildirilib ki, müsəlmanlar bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Söhbət zamanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda İstanbulda keçiriləcək toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Kral  





Xəbər lenti