"İnsanlıq dərsi istəyirsən?" - Ərdoğandan Netanyahuya cavab
"Netanyahu BMT-nin qərarlarını pozaraq 60 ildən çoxdur günahsız insanların torpaqlarını işğal edən irqçi dövlətin baş naziridir. Əllərində fələstinlilərin qanı var və Türkiyəyə hücum edərək günahlarını ört-basdır edə bilməzlər", - deyə Ərdoğan Netanyahuya sual ünvanlayıb: "İnsanlıq haqqında dərsmi istəyirsən? Get, 10 əmri oxu".
Qeyd edək ki, Netanyahu Türkiyəni HƏMAS-a dəstək verməkdə ittiham edib.
“Ərdoğan "HƏMAS"-ın ən böyük dəstəkçilərindən biridir. Şübhəsiz ki, terrorizm və qırğının nə olduğunu yaxşı bilir. Ərdoğana məsləhət görürəm ki, bizə əxlaqdan dərs keçməsin!” – deyə Netanyahu bəyan edib.
AzVision.az