Lavrov: "ABŞ kütləvi təzyiqə keçib"

Lavrov: "ABŞ kütləvi təzyiqə keçib"
  15 May 2018    Oxunub:1300
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı İranla nüvə sazişinin iştirakçılarına təzyiq göstərməkdə itiham edib.
AzVision.az xəbər verir ki, bu barədə Lavrov RT agentliyinin suallarını cavablandırarkən deyib.

“Biz görürük ki, İranla nüvə razılaşmasının iştirakçılarına ciddi təzyiq edilir və ABŞ artıq onların İranla ticarəti, o cümlədən bu ölkəyə müəyyən məhsulların göndərilməsi və İrandan neft məhsullarının alışının dayandırılmasının vacibliyi barədə ultimatumlar irəli sürür. Və onlara 60-90 gün vaxt verilib” , -deyə Lavrov bildirib.

Lavrov ABŞ-ın addımlarını “kütləvi təzyiq planı” adlandırıb. Həmçinin əlavə edib ki, ABŞ İranın nüvə proqramına dair hərtərəfli müştərək fəaliyyət planından çıxmaqla, bu sənədə olan bütün hüquqularını itirib.

Qeyd edək ki, daha öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif beynəlxalq hüquq və qaydaları pozmağın Vaşinqton üçün bir növ vərdişə çevrildiyini bəyan etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Lavrov   Rusiya  





Xəbər lenti