FAT: ABŞ Qüdsdə dini münaqişəni alovlandırır

  14 May 2018    Oxunub : 773
FAT: ABŞ Qüdsdə dini münaqişəni alovlandırır
ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürməsi dini münaqişəni daha da alovlandıracaq.
AzVision.az xəbər verir ki, bunu Fələstin Azadlıq Təşkilatının (FAT) ABŞ-dakı nümayəndə heyətinin sədri Husam Zomlot bildirib.

“Təəssüf ki, ABŞ administrasiyası əsrlər boyu bütün dinlər üçün müqəddəs olan bir şəhərə müstəsna iddiaları olan İsrailin tərəfini saxladı. Səfirliyin köçürülmə prosesi ləyaqətli sülh əvəzinə, dini münaqişəni ilhamlandırır” – deyə Zomlot bildirib.

Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərq regionunda sülhyaradıcı rolundan imtina edib və Fələstin məsələsi ətrafındakı qeyri-müəyyənliyi gücləndirib.

Qeyd edək ki, 2017-ci il 6 dekabrda ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq, ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək barədə qərar qəbul edib. Səfirliyin rəsmi köçürülmə mərasimi bu gün baş tutacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İsrail   Qüds