"Qüds İsrailin paytaxtı olaraq qalacaq" - Netanyahu

"Qüds İsrailin paytaxtı olaraq qalacaq"  - Netanyahu
  14 May 2018    Oxunub:1962
Fələstinlilərlə istənilən razılaşma çərçivəsində Qüds İsrailin paytaxtı olaraq qalacaq.
TASS-ın verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib. O, israillilərin qeyd etdiyi Qüds gününə və sabah ABŞ səfirliyinin Qüdsə köçürülməsi tədbirində iştirak etmək üçün gələn amerikalı qonaqların şərəfinə təşkil olunmuş qəbulda deyib:

“Qüdsün İsrailin paytaxtı kimi tanınması səbəbindən ABŞ prezidenti Donald Trampa minnətdarıq və həmişə minnətdar olacağıq. Artıq sabah ABŞ səfirliyinin Qüdsə köçürülməsi prosesi baş tutacaq. Bu qərar bir həqiqəti xatırladır: Qüds 3 min il İsrailin paytaxtı olub, son 70 ildə də İsrailin paytaxtıdır və hər zaman İsrailin paytaxtı olaraq qalacaq”.

AzVision.az


Teqlər: İsrail   Netnyahu  





Xəbər lenti