Netanyahu “Eurovision”u Qüdsdə keçirəcək
"Sən İsrailə böyük şöhrət gətirdin! Növbəti ildə — Qüdsdə!" - deyə Netanyahu yazıb.
Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi məlum olub. 26 ölkənin iştirakı ilə keçirilən final mərhələsində İsrail təmsilçisi Netta ifa etdiyi “Toy” mahnıısı ilə birinci yerə layiq görülüb.
İkinci yerə Kipr nümayəndəsi Eleni Foreyre (Fuego mahnısı), üçüncü yerə isə Avstriyadan olan iştirakçı Sezar Sempton (Nobody But You mahnısı) çıxıb.
AzVision.az