Kürdlərin müstəqillik arzusu puç oldu

Kürdlərin müstəqillik arzusu puç oldu
  11 May 2018    Oxunub:1579
Şimali İraq Kürd Muxtariyyətinin müstəqilliklə bağlı referendum keçirmək məsələsi artıq həll edilib və bu məsələ keçmişdə qalıb.
AzVision.az xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında İraqın Rusiyadakı səfiri Mənsur Hadi deyib.

“Müstəqillik referendumu keçmişdə qaldı. Bu problemi həm Bağdad, həm də Ərbildə artıq unudublar. Hazırda Bağdaddakı federal hökumət İraq Kürdüstanının hökuməti ilə fəaliyyəti koordinasiya edir".

Səfir, bölgədəki hava limanlarının bağlanmasını da müvəqqəti tədbir adlandırıb. “Biz referendum problemini adlamışıq və indi işlər düzgün istiqamətdə gedir.” – deyə İraq səfiri bildirib.

Qeyd edək ki, 2017-ci ilin 25 sentyabr tarixində Şimali İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra rəsmi Bağdadla Ərbil arasında münasibətlər gərginləşmişdi. İraq hökumətinin bunun konstitusiyaya zidd olduğunu deməsinə baxmayaraq, muxtariyyətin rəhbəri Məsud Bərzani referendum qərarını geri çəkməmişdi.

Referendumun nəticəsinə görə, kürdlərin 93 faizi müstəqilliyin lehinə səs verib. Referenduma cavab olaraq, rəsmi Bağdad kürd muxtariyyətinə bir sıra iqtisadi , maliyyə və enerji sanksiyaları tətbiq edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   Kürdüstan   Muxtariyyat  





Xəbər lenti