Ermənilər ABŞ-dan 140 milyon dollar istəyir

Ermənilər ABŞ-dan 140 milyon dollar istəyir
  09 May 2018    Oxunub:2929
Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən dərhal sonra Amerikada fəaliyyət göstərən ən böyük erməni diaspor təşkilatı “Amerika Erməni Milli Komitəsi” (AEMK) ABŞ dövlət katibi Mayk Pompeonu Konqresin Ermənistana 140 milyon dollarlıq qrant ayırması üçün dəstək verməyə çağırıb.
AzVision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, qrant ermənilərin “Minilliyin çağırışları” korporasiyasına ayrılacaq və guya Ermənistandakı dinc konstitusion keçidin uğurla başa çatması və elmin inkişafına xərclənəcək.

AEMK-nin sədri Raffi Hamparyanın Mayk Pompeoya ünvanlanan məktubunda xüsusilə qeyd olunur ki, Ermənistanın bundan sonrakı demokratik inkişafında mərkəzi rol oynayacaq “Minilliyin çağırışları” korporasiyasının fəaliyyəti dəstəklənməlidir və indi hərəkətə keçməyin əsl vaxtıdır.

Göründüyü kimi, işğalçı ölkənin lobbi və diaspor təşkilatları Paşinyanın baş nazir seçilməsi və Ermənistanda “demokratik” dəyişikliklər adı altında ianə toplamağın yeni mərhələsinə start veriblər.

Bir çox ekspertlərin fikrincə, Nikol Paşinyanın başlatdığı məxməri inqilabın “qələbəsi” həm də xaricdəki erməni diaspor təşkilatlarının həlledici dəstəyi sayəsində mümkün olub. Səbəbsə, onların Serj Sərkisyanla ölkəyə gələn pulları bölüşdürə bilməmələridir.

AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti