"İrəvan-Moskva münasibətləri sevgi üzərində qurulmayıb" - Rusiyalı ekspert

"İrəvan-Moskva münasibətləri sevgi üzərində qurulmayıb" - Rusiyalı ekspert
  04 May 2018    Oxunub:1870
Rusiyalı ekspert Sergey Markedonov Ermənistanda baş verən son hadisələri şərh edib.

AzVision.az xəbər verir ki, Siyasi və Hərbi Təhlillər İnstitutunun beynəlxalq məsələlər şöbəsinin müdiri Sergey Markedonov “İrəvan-Moskva” telekörpüsü zamanı bəzi vacib məqamlara toxunub.
O, İrəvanda baş verənlərin 2014-2015-ci illərdə Ukraynada baş verənlərlə heç bir əlaqəsinin olmadığını nəzərə çatdırıb, Ermənistanın 1988-ci ildən Qarabağ hərəkatı ilə müşayiət olunan etiraz aksiyalarını keçirmə təcrübəsinin olduğunu qeyd edib.

Markedonov, hazırda davam edən aksiyaları Ermənistandakı ağır sosial həyat şəraiti ilə əlaqələndirib. Buna baxmayaraq Rusiya ilə əməkdaşlıq və dostluq münasibətlərinin qorunub saxlanılacağına əmin olduğunu deyib.

Müttəfiqlər arasında həmişə problemlərin olduğunu qeyd edən, Markedonov bu müttəfiqliyin sevgi ətrafında yox, qarşılıqlı maraqlar üzərində qurulduğunu xatırladıb. Belə ki, maraqlar üst-üstə düşə də bilər, düşməyə də. Onun sözlərinə görə, əsas məsələ maraqları ortaq məxrəcə gətirməklə həll etməyə nail olmaqdır.

Ekspert qarşılıqlı münasibətdə konstrultivliyin əhəmiyyətini vurğulayıb. Münasibətlərin fərdlərə görə yox, iqtisadi, siyasi, mədəni məsələlər ətrafında qurulduğunu qeyd edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Rusiya   Ekspert   Markedonov   Ermənistan  





Xəbər lenti