İrəvandakı etirazlara metro işçiləri və vəkillər də qoşuldu

İrəvandakı etirazlara metro işçiləri və vəkillər də qoşuldu
  02 May 2018    Oxunub:1605
Ermənistanda metropoliten işçiləri Nikol Paşinyanı dəstəkləyərək İrəvandakı kütləvi aksiyalara qoşulublar.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Karen Dəmirçyan adına İrəvan metropoliteninin əməkdaşları tətil elan ediblər və nəticədə metronun bütün stansiyaları bağlanıb.
Anoloji addımı vəkillər də atıb. Müxalifətin etiraz aksiyasını dəstəklədiklərini bəyan edən vəkillər Ali Məhkəmənin binası qarşısında toplaşıblar. Onlar Ali Məhkəmənin sədri Arman Mkrtumyanın istefasını tələb edirlər.



AzVision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti