Ermənistanın daha 2 şəhərində kütləvi etirazlar keçirilir

Ermənistanın daha 2 şəhərində kütləvi etirazlar keçirilir
  02 May 2018    Oxunub:1793
Ermənistanın paytaxtı İrəvanada başlayan etiraz aksiylarına regionda yaşayan vətəndaşlar da qoşulub.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, müxalifətin tərəfdarlarından ibarət bir qrup şəxs Ermənistanın ikinci ən böyük şəhəri Gümrünun meriya binasına daxil olub.
Etirazçılar şəhərin meri Samvel Balasanyanı etirazlara qoşulmasını tələb ediblər. Anoloji hadisə Maralik şəhərində baş verib. Nümayişçilər meriya binasına soxularaq hökumət əleyhinə şüarlar səsləndirirlər.

Bundan başqa Ermənistanda Amusara qızıl mədənində işləyən fəhlələr və Lori vilayətinin Vanadzor şəhərində yerləşən “Qloriya” tikiş fabrikinin 3 minə yaxın işçisi tətil elan edərək nümyişçilərə dəstək verib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti