İrəvanda kütləvi tətil: Bütün yollar bağlandı, nazir müavini istefa verdi

İrəvanda kütləvi tətil: Bütün yollar bağlandı, nazir müavini istefa verdi
  02 May 2018    Oxunub:10055
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirən nümayişçilər şəhərin bütün mərkəzi küçələrini bağlayıblar.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanın "Zvartnots" hava limanına gedən yolda da hərəkət məhdudlaşdırılıb. Hava limanı istiqamətində böyük tıxac yaranıb və insanlar aeroporta piyada gedirlər. Məlumata görə, "Zvartnots" beynəlxalq hava limanının əməkdaşları da etiraz aksiyalarına qoşulublar.

Bundan başqa Ermənistan parlamentinin mayın 2-nə nəzərdə tutulan iclası yetərsay olmadığından baş tutmayıb. İclasda cəmi 27 deputat iştirak edib. Spiker Ara Babolyan deyib ki, 4 saat ərzində yetərsay təmin edilməsə parlamentin iclası təxirə salınacaq. “Çarukyan” bloku parlamentin iclaslarını ölkədə yaranan vəziyyətlə əlaqədar boykot etdiyini açıqlayıb

Etirazların davam etdiyi məqamda Ermənistanın ərazi idarəetmə və inkişaf nazirinin müavini Varazdat Karapetyan istefaya gedib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti