Rusiya ilə ABŞ arasında bayraq qalmaqalı

Rusiya ilə ABŞ arasında bayraq qalmaqalı
  02 May 2018    Oxunub:2129
Rusiyanın ABŞ-ın Sietl şəhərindəki baş konsulluğunda dövlət bayrağının endirilməsi iki ölkə arasında qalmaqala səbəb olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyi bağlanan konsulluqda rəsmi Moskvanın razılığı olmadan bayrağın götürülməsinin beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.

"Konsulluqda Rusiya bayrağının endirilməsi yolverilməzdir. Konsulluq ərazisi Rusiyanın mülküdür. Yol verilən yanlışlıq tezliklə aradan qaldırılmalıdır"- deyə səfirliyin yaydığı məlumatda qeyd olunub.

ABŞ rəsmiləri isə hələlik bu məsələyə münasibət bildirməyiblər.

Xatırladaq ki, ABŞ hökumətinin qərarı ilə Rusiyanın Sietl şəhərindəki baş konsulluğu martın 31-də fəaliyyətini dayandırıb.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Bayraq   Konsulluq  





Xəbər lenti