İran ordusu İsrailə "sürpriz" hazırlayır

İran ordusu İsrailə "sürpriz" hazırlayır
  01 May 2018    Oxunub:1887
İsrailin baş naziri Benyamin Netanyahunun nüvə ittihamlarına İranın müdafiə naziri cavab verib.

AzVision.az İran KİV-lərinə istinadən xəbər verir ki, müdafiə naziri Əmir Hatəmi Netanyahunun İranın nüvə arxivinin ələ keçirilməsi barədə dediklərini təxribat adlandırıb.
"Netanyahunun iddiaları təxribatdır. Tehran bunu cavabsız qoymayacaq. Bu, Qüdsü işğal edən rejimə və onu dəstəkləyənlərə xəbərdarlıqdır. Təhlükəli davranışları dayandırın. İranın cavabı sürpriz olacaq və siz peşman olacaqsınız".

Qeyd edək ki, Netanyahu İranın gizli nüvə arxivinin aşkar edildiyini, buna görə rəsmi Tehranın cavab verməli olduğunu bəyan edib.

AzVision.az


Teqlər: İran   Tehran   İsrail  





Xəbər lenti