“Trampın xanımı Ağ evdə həbs həyatı yaşayır” - FOTOLAR

“Trampın xanımı Ağ evdə həbs həyatı yaşayır” -  FOTOLAR
  29 Aprel 2018    Oxunub:9725
Fransa prezidenti Emmanuel Makronun xanımı Bricit Makron ABŞ-a səfəri ilə bağlı maraqlı fikirlər səsləndirib.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Bricit Macron Ağ evdə ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşdüyünü, onun dözülməz həyat yaşadığını deyib.

“Melaniya Ağ evdən kənara çıxa bilmir, həbs həyatı yaşayır. Ona nəfəs almağa imkan vermirlər. İstədiyi addımı ata bilmir. Yaşadığı evdə pəncərəni də açmağa icazə vermirlər. Hər yerdə mühafizəçi ona nəzarət edir" - Fransanın birinci xanımı jurnalistlərə bildirib.

Qeyd edək ki, 48 yaşlı keçmiş maniken Melaniya 2005-ci ildə Donald Trampla evlənib.













AzVision.az


Teqlər: ABŞ   Tramp   Birinci-xanım   Melaniya-Tramp  





Xəbər lenti