Almaniya səfiri İsmayıllını gəzdi - FOTOLAR

Almaniya səfiri İsmayıllını gəzdi - FOTOLAR
  26 Aprel 2018    Oxunub:1953
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab İsmayıllı rayonuna səfər edib.

Bu barədə AzVision.az-a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən səfir Qafqazın ən böyük milli parkı olan Şahdağ milli parkını ziyarət etdikdən sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ilə görüşüb.

İsmayıllı rayonundan seçilmiş millət vəkili Novruzəli Aslanov da görüşdə iştirak edib. Görüşün əsas mövzularını ərazisinin böyüklüyü və etnik müxtəlifliyi ilə seçilən İsmayıllı rayonunda kənd təsərrüfatının inkişafı və rayonun turizm potensialı təşkil etdi. Sonra səfir rayonun məşhur İvanovka kəndini ziyarət edib. Burada onu kənd təsərrüfatı kooperativinin idarə heyəti, rus-ortodoks Molokan cəmiyyətinin ağsaqqalları və digər kəndlilər səmimi şəkildə qarşılayıblar. Alman qonaq unikal kəndin tarixi, müxtəlif dini və etnik qrup təmsilçilərinin birgə yaşayışı, eləcə kənd təsərrüfatı kooperativinin planları haqqında məlumatlandırılıb. Səfərin sonunda səfir Kindsqrab „Şato-Monolit“ şərab zavodunda istehsal prosesi ilə tanış olub və ona Azərbaycanda şərab istehsalı ilə əlaqədar imkanlar və problemlər haqqında məlumat verilib.







Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Almaniya   Səfir   İsmayıllı  





Xəbər lenti