Sarkisyana etiraz edən erməni mitinqdə ölüb

Sarkisyana etiraz edən erməni mitinqdə ölüb
  24 Aprel 2018    Oxunub:1145
Ermənistanın paytaxtı İrəvanda keçirilən mitinqdə ölüm hadisəsi qeydə alınıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etiraza qoşulan 36 yaşlı bir kişinin anidən vəziyyəti pisləşib. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Erməni nümayişçinin infarktdan öldüyü bildirilib.

AzVision.az


Teqlər: İrəvan   Mitinq   Ölüm  





Xəbər lenti