Erməni deputatlar NATO-nun iclasından geri çağırıldı
“Ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu, Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”, - deyə M.İbrahimqızı vurğulayıb.
Nümayəndə heyətimizin üzvü qeyd edib ki, NATO PA-nın 97-ci “Rouz-Rout” seminarının ikinci günü, yəni aprelin 24-də Cənubi Qafqazdakı vəziyyət, Gürcüstanda inteqrasiya prosesləri, eləcə də regiondakı təhlükəsizlik və mövcud problemlər diqqət mərkəzində olacaq.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.
Seminarda Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil edirlər.
AzVision.az
Teqlər: Ermənistan NATO