"Yeni baş nazir xalq arasından seçilməlidir" - Paşinyan

"Yeni baş nazir xalq arasından seçilməlidir" - Paşinyan
  24 Aprel 2018    Oxunub:1301
"Ermənistanda yeni baş nazir həftə ərzində təyin olunmalıdır"
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri, deputat Nikol Paşinyan deyib.

O, bildirib ki, yeni baş nazir xalq arasından seçilməlidir: "Bundan sonra müvəqqəti hökumət yaradılacaq və növbədənkənar parlament seçkiləri təyin ediləcək”.

Hakimiyyətlə danışıqların gedişində Paşinyana baş nazir Sarkisyanın istefasının bir ay müddətinə, yaxud oktyabr ayına qədər təxirə salınması təklif olunub. Lakin o, israrla bildirib ki, məsələ yaxın iki saat ərzində həllini tapmalıdır.

AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti