“Ermənistan, Rusiya həmişə səninlədir!” - Zaxarova

“Ermənistan, Rusiya həmişə səninlədir!” - Zaxarova
  23 Aprel 2018    Oxunub:3329
Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Serj Sarkisyanın vəzifəsindən istefa verməsinə öz rəsmi “Facebook” səhifəsində münasibət bildirib.
AzVision.az xəbər verir ki, Mariya Zaxarova qeyd edib:

“Öz tarixinin ən çətin anlarında belə bölünməmək gücünə malik və qəti fikir ayrılıqlarına baxmayaraq bir-birinə hörməti saxlamağa bacaran xalq böyük xalqdır. Ermənistan, Rusiya həmişə səninlədir!”.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib. Aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan cəmi 6 gün ölkənin baş naziri ola bilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti