“Paşinyan haqlı idi, mən səhv etdim” – Sarkisyan etiraf etdi

“Paşinyan haqlı idi, mən səhv etdim” – Sarkisyan etiraf etdi
  23 Aprel 2018    Oxunub:10213
Ermənistanın baş naziri vəzifəsindən istefa verən Serj Sarkisyan xalqa müraciət edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan müraciətində səhv etdiyini etiraf edib.
"Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranan vəziyyətdən bir neçə çıxış yolu var, lakin mən onlardan heç birinə getməyəcəyəm. Bu, mənlik deyil. Mən ölkə başçısı, Ermənistan baş naziri postunu tərk edirəm. Küçə hərəkatı mənim baş nazirliyimə qarşıdır. Mən sizin tələbinizi yerinə yetirirəm”, - deyə Sarkisyan vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Sarkisyan   Ermənistan  





Xəbər lenti