Sabiq müdafiə nazirinin qətlinin görüntüləri - VİDEO

Sabiq müdafiə nazirinin qətlinin görüntüləri - VİDEO
  21 Aprel 2018    Oxunub:14902
Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhanın qətlə yetirilməsinin görüntüləri yayılıb.

AzVision.az xəbər verir ki, görüntülərdə sabiq nazirin kafedə boğazından bıçaqlandığı an əks olunub. Şəxsi münasibətlər zəminində baş verən insident nəticəsində eks-nazir Yüksel K adlı şəxs tərəfindən bıçaqlanıb.
Onu dərhal xəstəxanaya yerləşdiriblər. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, E.Vuralhan 1987-ci ilin dekabırn 21-dən 1989-cu il martın 30-dək Turqut Özalın hökumətində müdafiə naziri vəzifəsini tutub.



Kənan Məmmədov
AzVision.az




Teqlər: Türkiyə   Qətl   Müdafiə-naziri  





Xəbər lenti