“Azərbaycanla Rusiya arasında etibarlı əlaqələr mövcuddur”- Zaxarova

“Azərbaycanla Rusiya arasında etibarlı əlaqələr mövcuddur”- Zaxarova
  20 Aprel 2018    Oxunub:1341
"Azərbaycanla münasibətlər Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir"

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
XİN rəsmisi Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın əsasında mehriban qonşuluq, çoxəsrlik dostluq dayanır.

"İki ölkə arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində qarşılıqlı sərfəli, etibarlı əlaqələr mövcuddur", - deyə Zaxarova qeyd edib.

AzVision.az




Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti