Rusiya və NATO generalları Bakıda Suriyanı müzakirə etdi - Kritik görüş

Rusiya və NATO generalları Bakıda Suriyanı müzakirə etdi - Kritik görüş
  19 Aprel 2018    Oxunub:2871
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, ordu generalı Kertis Skaparotti ilə görüşüb.
AzVision.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı generallar Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması barədə fikir mübadiləsi aparıblar.

Məlumatda, həmçinin qeyd olunub ki, Gerasimov və Skaparroti Suriyadakı vəziyyəti müzakirə edib və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti