Türkiyə XİN-in 461 əməkdaşı işdən çıxarılıb

Türkiyə XİN-in 461 əməkdaşı işdən çıxarılıb
  17 Aprel 2018    Oxunub:1309
Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsindən sonra FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 461 əməkdaşı vəzifəsindən azad edilib.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, işdən kənarlaşdırılanların sayı Türkiyə XİN-in əməkdaşlarının təxminən 20 faizini təşkil edir.

Çavuşoğlu, həmçinin qeyd edib ki, işdən çıxarılanlar arasında konsulluq işçiləri və Türkiyə xarici siyasət idarəsinin müşavirləri də var.

AzVision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu   FETÖ  





Xəbər lenti