BMT TŞ Rusiyanın qətnaməsini qəbul etmədi - (Yenilənib)

BMT TŞ Rusiyanın qətnaməsini qəbul etmədi - (Yenilənib)
  15 Aprel 2018    Oxunub:2828
BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib.
Suriyaya qarşı təcavüzə son qoymaq çağırışı əks olunan sənədlə bağlı qətnaməni Rusiya, Çin və Boliviya dəstəkləyib. BMT TŞ-ın bu gün keçirilən iclasında səkkiz ölkə sənədin əleyhinə səs verib, dörd ölkə isə bitərəf qalıb.

***
(20:0)0

BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı təcili iclası başlayıb.İclas Rusiya prezidenti Vladimir Putinin tələbi ilə keçirilib.

***
(17:00)

Rusiyanın çağırışı ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün keçiriləcək iclasda Suriyadakı son vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya ABŞ-ın və müttəfiqlərinin Suriyaya raket zərbəsi endirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Rusiya ABŞ və müttəfiqlərinin təcavüzkar fəaliyyətini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır”.

AzVision.az


Teqlər: BMT   İclas   Suriya  





Xəbər lenti