Ərdoğan Tereza Meylə Suriyanı müzakirə edib
T.Mey Ərdoğana Suriyaya son hücumlarla bağlı məlumat verib. Türkiyə prezidenti kimyəvi silahlardan istifadənin yolverilməz olduğunu deyib.
Ərdoğan, həmçinin Əsəd rejiminin kimyəvi silahlardan istifadə etməklə insanlara etdiyi zülmün dayandırılmasının vacibliyindən söz açıb, Suriya xalqının sülh şəraitində yaşamalı olduğunu və bunun yalnız siyasi yolla mümkünlüyünü diqqətə çatdırıb.
AzVision.az